Rusiya Ukraynanın elektrik enerjisinin istehsalı və paylanması obyektlərinə genişmiqyaslı hücum həyata keçirib
Rusiya Ukraynanın elektrik enerjisinin istehsalı və paylanması obyektlərinə genişmiqyaslı hücum həyata keçirib

 

Rusiya fevralın 3-ü gecəsi Ukraynanın enerji sektoruna ilin əvvəlindən bəri ən güclü zərbəni vurub.

Elektrik enerjisinin istehsalı və paylanması obyektləri Rusiyanın hücumunun hədəfinə çevrilib.

Ukrayna mediasının məlumatına əsasən, zərbələr Kiyev, Xarkov və Dnepropetrovskda istilik rejimində işləyən kombinə edilmiş istilik-elektrik stansiyalarına endirilib, buna görə də elektrik şəbəkəsi ciddi məhdudiyyətlər şəraitində fəaliyyət göstərir.

Rusiyanın Kiyevin Darnitski və Dnepropetrovsk rayonlarında kritik infrastruktura genişmiqyaslı hücumundan sonra 1100-dən çox ev istiliksiz qalıb.

Medianın yazdığı kimi, ruslar Xarkovun enerji sisteminə misli görünməmiş zərbə vurublar. Mer İqor Terexov qeyd edib ki, zərbələr qəsdən enerji infrastrukturuna qarşı yönəldilib, maksimum ziyan vurmaq və güclü soyuq zamanı şəhəri istiliksiz qoymaq məqsədi daşıyır.