Rusiya Ukraynanın bir neçə bölgəsinə zərbələr endirib, iki nəfər həlak olub
Rusiya gecə saatlarında Ukraynanın bir neçə bölgəsinə hücum edib. Hücumlar nəticəsində iki nəfər həlak olub, yaralananlar da var, mülki infrastruktur zərər görüb.
Rusiya qüvvələrinin hücumu nəticəsində Kiyev vilayətində “Nova Poçta” şirkətinin anbarı zədələnib. Həmçinin bir istehsalat müəssisəsinə də ziyan dəyib.
Məlumata görə, ilk zərbədən təxminən bir saat sonra, ərazidə yanğının söndürülməsi davam edərkən, Rusiya qüvvələri həmin əraziyə daha iki zərbə endirib.
Güclü tüstülənmə səbəbindən yerli sakinlərə pəncərələri bağlamaq və çölə çıxmamaq tövsiyə olunub.
Ukrayna mediasının məlumatına görə, Rusiya Dnepropetrovsk vilayətinə, xüsusilə Nikopol və Sinelnikovo rayonlarına, ən azı 10 dəfə hücum edib. Nəticədə istehsalat müəssisəsi, supermarket, yaşayış evləri və avtomobil zədələnib.
Zaporojyeyə endirilən zərbə nəticəsində isə ticarət mərkəzinə ziyan dəyib.