Rusiya Ukraynanın bir neçə bölgəsinə raket zərbələri endirib, ölən və yaralananlar var

10:40, 30.07.2026

Rusiya Ukraynanın bir neçə bölgəsinə raket zərbələri endirib. Medianın məlumatına görə, hücumlar nəticəsində ölən və yaralananlar var.
Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri bildirib ki, Rusiyanın zərbəsi nəticəsində Krivoy Roq yaxınlığında bir evə raket düşüb. Hadisə nəticəsində 6 nəfər, o cümlədən 3 uşaq həlak olub.
Onun sözlərinə görə, daha 8 nəfər yaralanıb.
Hücumların hədəflərindən biri də Kiyev olub. Şəhərdə azı 1 nəfərin həlak olduğu bildirilir.
Paytaxtın meri Vitali Kliçko bildirib ki, raket zərbələri nəticəsində bir neçə obyektdə yanğın baş verib.
Lvov şəhərinin meri isə hücumlar nəticəsində 15 nəfərin yaralandığını açıqlayıb. Onun sözlərinə görə, bir neçə nəfərin dağıntılar altında axtarışı davam edir və bu səbəbdən yaralıların sayının artacağı istisna edilmir.

Oxşar