Rusiya Ukraynanın bir neçə bölgəsinə hücum edib, xəsarət alanlar var
Rusiya Ukraynanın bir neçə bölgəsinə hücum edib, xəsarət alanlar var

 

Gecə boyunca Rusiya Ukraynanın bir neçə bölgəsinə hücum edib, xəsarət alanlar var.

Rusiya tərəfindən Sumi vilayətinə dronlarla hücum nəticəsində ikisi uşaq olmaqla 12 nəfər xəsarət alıb.

Ukrayna mediasının yazdığı kimi, hücum nəticəsində yaşayış binasına, 13 fərdi evə və avtomobillərə ziyan dəyib.

Bununla yanaşı, Odessaya hücum nəticəsində genişmiqyaslı yanğın baş verib, liman infrastrukturuna ziyan dəyib, bir nəfər xəsarət alıb.

Yanğının söndürülməsi işlərinə 54 xilasedici və 16 müxtəlif növ texnika cəlb olunub.