Rusiya, Ukrayna və Türkiyə nümayəndələri arasında İstanbulda üçtərəfli görüş yerli vaxtla saat 12:30-a planlaşdırılıb
Rusiya, Ukrayna və Türkiyə nümayəndələri arasında İstanbulda üçtərəfli görüş yerli vaxtla saat 12:30-a planlaşdırılıb. Bu barədə Rusiya mediasına Türkiyə Xarici İşlər Nazirliyindən deyiblər.
Yayılmış məlumata əsasən, görüş Türkiyə Prezidentinin Administrasiyasının binasında, Dolmabaxçada keçiriləcək.
Həmçinin, Türkiyə Xarici İşlər Nazirliyində qeyd ediblər ki, yerli vaxtla saat 10:45-də Türkiyə, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş planlaşdırılıb. Bu gün İstanbulda Rusiya, ABŞ, Ukrayna və Türkiyə arasında dördtərəfli danışıqların keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.
Rusiya mediasına danışıqların gedişi barədə məlumata malik mənbənin təsdiqlədiyi üzrə, Rusiya nümayəndə heyəti İstanbulda danışıqlar üçün Ukrayna tərəfinin gəlişini yerli vaxtla saat 10:00-dan gözləyəcəkdi.
Məlumat üçün bildirək ki, mayın 15-də İstanbulda Rusiya ilə Ukrayna arasında son üç ildə ilk birbaşa danışıqlar keçirilməli idi.