Rusiya Ukrayna istiqamətində müxtəlif tipli 174 dron buraxıb, Ukraynanın Hava Qüvvələrinin məlumatına əsasən, 160 pilotsuz uçuş aparatı hədəfə çata bilməyib
Rusiya Ukrayna istiqamətində keçən gecə müxtəlif tipli 174 dron buraxıb. Ukraynanın Hava Qüvvələrinin məlumatına əsasən, 160 pilotsuz uçuş aparatı hədəfə çata bilməyib.
Hava Hücumundan Müdafiə Qüvvələri Xarkov, Kiyev, Sumi, Odessa, Zaporojie, Dnepropetrovsk, Poltava, Çerniqov və digər vilayətlərin üzərində 90 dronu vurub. 70 dronun yeri isə itirilib.
Rusiya qüvvələrinin dronlarla həyata keçirdiyi hücum nəticəsində Dnepropetrovsk vilayətinin iki rayonunda infrastruktur zərər görüb, nəticədə elektrik enerjisinin təchizatında fasilələr yaranıb. Həmçinin, bir şəxsi ev zərər görüb.
Dron zərbəsi nəticəsində Xarkov vilayətində mülki obyektdə yanğın baş verib.