Rusiya Ukrayna istiqamətində 539 dron və 11 raket buraxıb, azı 23 nəfər yaralanıb, hücumun əsas hədəfi Kiyev olub
Rusiya Ukrayna istiqamətində 539 dron və 11 raket buraxıb, azı 23 nəfər yaralanıb, hücumun əsas hədəfi Kiyev olub

 

Rusiya Ukrayna istiqamətində gecə 539 dron və 11 müxtəlif tipli raket buraxıb, Ukrayna Hərbi Hava Qüvvələri 478-ni məhv etməyə müvəffəq olub.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, zərbələr səkkiz yerə endirilib, 33 yerə isə dronun parçaları düşüb.

Onların məlumatına əsasən, ruslar Ukrayna istiqamətində “Shahed” və digər tipli 539 dron; bir aeroballistik raket X-47 М2 “Kinzhal”; altı ballistik raket “Iskander” M/KN-23 və dörd qanadlı raket “Iskander-K” buraxıblar.

Hücumun əsas hədəfi Kiyev olub.

Kiyevə edilmiş kütləvi hücum nəticəsində azı 23 nəfər yaralanıb, həmçinin yaşayış binaları, təhsil və tibb müəssisələri, nəqliyyat infrastrukturu zərər görüb.

Kiyevin meri Vitali Kliçkonun bəyanatına əsasən, yaralı vətəndaşları xəstəxanalara aparan 5 təcili yardım maşını hücum nəticəsində zərər görüb.