Rusiya Ukrayna istiqamətində 400-ə qədər dron və ballistik raket atıb
Rusiya Ukrayna istiqamətində 400-ə qədər dron və ballistik raket atıb

 

Gecə Rusiya Ukraynaya növbəti kütləvi hücum həyata keçirib, 400-ə qədər dron və ballistik raket atıb. Bu barədə məlumatı Ukrayna mediası yayır.

Ukraynanın hava hücumundan müdafiə qüvvələri 198 dronu vura bildiklərini bəyan edir.

Vinitsa şəhərinə hücum nəticəsində 8 nəfər xəsarət alıb, mülki infrastruktura ziyan dəyib. Obyektlərdən birində yanğın baş verib.

Bununla yanaşı, Ukrayna mediasının məlumatına əsasən, Rusiya Krivoy Roq şəhərinə birgə hücum həyata keçirib, eyni vaxtda ballistik raket və “Shahed” tipli 28 drondan istifadə edib.

Zərbələr nəticəsində bir yeniyetmə xəsarət alıb, sənaye müəssisəsinə ziyan dəyib, əhali işıqsız qalıb.

Rusiya Ukraynanın Kramatorsk şəhərinə də hücum edib. Hücum nəticəsində çoxmərtəbəli binada yanğın baş verib. Xarkova da genişmiqyaslı hücum həyata keçirilib. Üç nəfər xəsarət alıb.