Rusiya tərəfindən Zaporojieyə endirilmiş hava zərbəsi nəticəsində yaralananların sayı 113-ə yüksəlib
Rusiya tərəfindən dünən Zaporojieyə endirilmiş hava zərbəsi nəticəsində yaralananların sayı 113-ə yüksəlib. Onlardan 59-u xəstəxanaya yerləşdirilib, 10-nun vəziyyəti ağırdır.
Rusiya qüvvələrinin hücumu nəticəsində 13 nəfər həyatını itirib.
Rusiyanın Zaporojie şəhərinə hücumu dünən təxminən saat 16:00-da baş verib.
İşğalçı qüvvələr insanların sıx olduğu küçəyə hücumu idarə olunan hava bombaları ilə ediblər.
İctimai nəqliyyata və çoxmərtəbəli binaya ziyan dəyib.