Rusiya tərəfindən Xarkova hücum nəticəsində üç nəfər həlak olub
Rusiya tərəfindən Xarkova hücum nəticəsində üç nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin bəyanatına əsasən, axtarış işləri davam edir.
“Xolodnoqir rayonunda raket zərbəsi dördmərtəbəli yaşayış binasının blokunu dağıdıb. Dağıntılar altında insanların qalması ehtimal olunur. Növbəti zərbələrin endirilməsi təhlükəsinə baxmayaraq, xilasedicilər, polislər, həkimlər, könüllülər, kinoloqlar və kommunal xidmət əməkdaşları hadisə yerində çalışırlar. Dövlət Fövqəladə Hallar Xidmətinin psixoloqları zərərçəkənlərə yardım göstərirlər” – bəyanatda deyilir.
Bununla yanaşı, Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, təmizləmə işləri zamanı xilasedici yaralanıb və xəstəxanaya aparılıb.
Ukrayna mediası ölkənin digər rayonlarında da yanğınlar və dağıntının qeydə alındığını yazır.