Rusiya tərəfindən Xarkova hücum nəticəsində iki nəfər həlak olub, yeddi nəfər isə yaralanıb
Rusiya tərəfindən Xarkova hücum nəticəsində iki nəfər həlak olub, yeddi nəfər isə yaralanıb

 

Rusiya tərəfindən Ukraynanın Xarkov şəhərinə hücum itkilərlə nəticələnib.

Ukrayna mediasının məlumatına əsasən, Rusiya Xarkova “Shahed” dronları ilə hücum edib, nəticədə iki nəfər həyatını itirib, yeddi nəfər isə yaralanıb.

Xarkovun Şevçenko rayonunda mülki müəssisəyə dronla hücum baş verib.

“Tibb işçiləri Rusiyanın Xarkovdakı mülki obyektə hücumunda yaralananlara kömək edirlər. 47 yaşlı qadın, 50 yaşlı qadın və 60 yaşlı qadın, eləcə də 39 və 49 yaşlı kişilər hazırda xəstəxanadadırlar. Onların hamısı partlayış nəticəsində aldıqları yaralara görə müxtəlif dərəcəli travmalarla ilkin müalicə kursundan keçirlər” – yerli hakimiyyət orqanlarında bəyan edirlər.

Ukrayna mediasının məlumatına əsasən, Rusiya demək olar ki, hər gün Xarkova dronlar və raketlərlə hücum edir.