Rusiya tərəfindən Xarkova hücum nəticəsində həlak olanların sayı 3-ə çatıb, 60 nəfər yaralanıb
Rusiya tərəfindən gecə Xarkova edilmiş hücum nəticəsində həlak olanların sayı 3-ə çatıb.
Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun dediyi kimi, yanıq mərkəzinin reanimasiya şöbəsində 65 yaşlı kişi dünyasını dəyişib.
Bununla yanaşı, regionun rəhbərinin verdiyi məlumata əsasən, iki yaşdan 15 yaşadək doqquz uşaq da daxil olmaqla, yaralıların sayı 60-a çatıb.
Rusiya Xarkova 17 “Shahed” tipli dronla hücum edib. Hücum nəticəsində yaşayış evlərinə, uşaq meydançalarına, ictimai nəqliyyata və müəssisələrə ziyan dəyib.