Rusiya tərəfindən Xarkova dronlarla hücum nəticəsində iki nəfər həlak olub, 54 nəfər isə yaralanıb
Rusiya tərəfindən Xarkova dronlarla hücum nəticəsində iki nəfər həlak olub, 54 nəfər isə yaralanıb

 

Rusiya Xarkova hücum edib, nəticədə iki nəfər həlak olub, 8-i azyaşlı olmaqla 54 nəfər isə yaralanıb. Bu barədə məlumatı Ukrayna mediası yayır.

Medianın yazdığı kimi, Rusiya Xarkovun rayonlarına 17 “Shahed” tipli dronla hücum edib.

Hücum nəticəsində yaşayış evlərinə, oyun meydançalarına, ictimai nəqliyyata və müəssisələrə ziyan dəyib.