Rusiya tərəfindən Ukraynaya hücum nəticəsində azı 6 dinc sakin həlak olub, yaralılar da var
Rusiya tərəfindən Ukraynaya hücum nəticəsində azı 6 dinc sakin həlak olub, yaralılar da var

 

Rusiya tərəfindən Ukraynaya hücum nəticəsində son 24 saatda azı 6 dinc sakin həlak olub.

Yayılmış məlumata əsasən, Sumi vilayətində 3 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Bununla yanaşı, Rusiya Donetskdə yaşayış və inzibati binalara qarşı hava hücumu həyata keçirib, bu isə 2 nəfərin həyatını itirməsi, 7 nəfərin yaralanması ilə nəticələnib.

Hücum nəticəsində Xersonda bir nəfər həlak olub, altı nəfər yaralanıb, Dnepropetrovska hücum nəticəsində isə üç dinc sakin yaralanıb.

Xarkovun yaşayış sahəsinə də hava hücumları həyata keçirilib, nəticədə üç dinc sakin yaralanıb. Bununla yanaşı, Zaporojiedə bir nəfər yaralanıb.