Rusiya tərəfindən Ukraynaya hava zərbələri zamanı ən azı yeddi nəfər həyatını itirib, səkkiz nəfər yaralanıb
Rusiya tərəfindən Ukraynaya hava zərbələri zamanı ən azı yeddi nəfər həyatını itirib, səkkiz nəfər yaralanıb

 

Rusiya tərəfindən Ukraynaya hava zərbələri zamanı ən azı yeddi nəfər həyatını itirib. Bu haqda məlumatı Ukrayna mediası yayır.

Medianın məlumatına əsasən, Rusiyanın Donetsk vilayətində Drujkovkaya zərbələri zamanı yeddi nəfər həlak olub, səkkiz nəfər yaralanıb.

Donetsk regional dövlət administrasiyasının rəhbəri Vadim Filaşkin sosial mediada rusların şəhərə kaset mərmiləri atdıqlarını yazır.

Onun verdiyi məlumata əsasən, insanların çox olduğu bazarın ərazisi hücumun hədəfi olub. Filaşkinin qeyd etdiyi kimi, həlak olanların sayı arta bilər.