Rusiya tərəfindən Ukraynaya edilmiş kütləvi hücum nəticəsində həlak olanların sayı 12-yə yüksəlib

20:43, 24.04.2025

 

Rusiya tərəfindən Ukraynaya edilmiş kütləvi hücum nəticəsində həlak olanların sayı 12-yə yüksəlib. Kiyev Hərbi Administrasiyasından bəyan edildiyi üzrə, xilasedicilər dağıntılar altından daha bir neçə cəsədi, o cümlədən 27 yaşlı qadını çıxara biliblər, yaralıların sayı Ukrayna hakimiyyətinin məlumatına əsasən, 90 nəfərdir.

Məlumat üçün bildirək ki, aprelin 24-də gecə Kiyev və Ukraynanın bir sıra digər şəhərlərinə, eləcə də vilayətlərə dronlar və raketlərlə hücum edilib. Ukraynanın paytaxtında aprelin 25-i matəm günü elan edilib.

Rusiya Müdafiə Nazirliyində zərbənin “aviasiya, raket-kosmik, maşınqayırma və tank sənayesi obyektlərinə” endirildiyini bəyan edirlər.

Oxşar