Rusiya tərəfindən Ukraynanın vilayətlərinə endirilən zərbələr nəticəsində iki nəfər həlak olub, 27 nəfər isə xəsarət alıb
Rusiya tərəfindən Ukraynanın vilayətlərinə endirilən zərbələr nəticəsində iki nəfər həlak olub. Donetsk, Xerson və Xarkova edilən hava hücumları nəticəsində isə 27 nəfər xəsarət alıb. Məlumatı Ukrayna mediası yayır.
Hücumlar nəticəsində təkcə Donetsk vilayətində 2 nəfər həyatını itirib, 18 nəfər isə xəsarət alıb.
Rusiya qüvvələri Xarkovda kritik və sosial infrastruktura, o cümlədən çoxmərtəbəli yaşayış binasına, evə və avtomobillərə zərbələr endirib. Hadisə nəticəsində altı nəfər xəsarət alıb.
Məlumat üçün bildirək ki, oktyabrın 23-dən 24-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya yüzdən çox zərbə dronu və raketlərlə hücum edib. Medianın verdiyi xəbərə əsasən, hava zərbələri 14 yerdə qeydə alınıb.