Rusiya tərəfindən Ukraynanın üç vilayətinə endirilən zərbələr nəticəsində üç nəfər həyatını itirib, yeddi nəfər yaralanıb

14:15, 14.11.2026

 

Rusiya tərəfindən Ukraynanın üç vilayətinə endirilən zərbələr nəticəsində üç nəfər həyatını itirib, yeddi nəfər yaralanıb. Ukrayna mediası Xerson, Dnepropetrovsk və Donetsk vilayətlərinin hərbi administrasiyalarına istinadən məlumat yayır.

Medianın məlumatına əsasən, ruslar kritik və sosial infrastruktur obyektlərinə zərbələr endiriblər. Üç çoxmərtəbəli yaşayış binası, beş fərdi ev, poçt şöbəsi və təcili tibbi yardım avtomobili hədəfə alınıb.

Məlumat üçün bildirək ki, noyabrın 13-dən 14-nə keçən gecə Rusiya Ukraynaya 96 dronla hücum edib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, onlardan 81-ni vurublar.

Oxşar