Rusiya tərəfindən Ukraynanın Odessa şəhərinin bombalanması nəticəsində bir nəfər həyatını itirib
Rusiya ordusu tərəfindən Ukraynanın Odessa şəhərinin bombalanması itki ilə nəticələnib.
Ukrayna mediasına əsasən, hava hücumundan müdafiə qüvvələrinin aktiv işləməsinə baxmayaraq, şəhərdə mülki infrastruktura, o cümlədən yanacaqdoldurma məntəqələrinə və sərnişin avtomobillərinə ziyan dəyib.
Yeni tikililərdən birinin yaxınlığındakı mühafizə otağında yanğın baş verib, bu zaman bir mühafizəçi həlak olub. Hücum nəticəsində on qaraj, yanacaqdoldurma məntəqəsinin ərazisindəki inzibati bina və tikinti qoşquları məhv olub.
Rusiya hücumda pilotsuz uçuş aparatlarından istifadə edib.