Rusiya tərəfindən Ukraynanın Jitomir şəhərində polis binasının bombalanması nəticəsində iki nəfər həlak olub, ən azı 20 nəfər yaralanıb

20:09, 19.08.2026

 

Rusiya tərəfindən Ukraynanın Jitomir şəhərində polis binasının bombalanması tələfata səbəb olub. Məlumatı Ukrayna mediası yayır.

Milli Polisin rəhbəri vəzifəsini icra edən Maksim Tsutskiridze hücum nəticəsində iki polis əməkdaşının həlak olduğunu və ən azı 20 nəfərin yaralandığını bildirib.

Yayılan məlumata əsasən, hücum “Banderol” tipli dronlarla həyata keçirilib. Hücum binanın damında və dördüncü mərtəbəsində yanğına səbəb olub.

Hadisə yerində xilasedicilər, həkimlər, polis və digər xidmətlər çalışır.

Oxşar