Rusiya tərəfindən Ukraynanın İzium şəhərinin bombardman edilməsi nəticəsində 5 nəfər həlak olub, 24 nəfər isə yaralanıb
Rusiya tərəfindən Ukraynada Xarkov bölgəsinin bombalanması insan tələfatı ilə nəticələnib.
Ukrayna mediasının məlumatına əsasən, rus hərbçilər İzium şəhərinə ballistik raketlə zərbə endiriblər, nəticədə 5 nəfər həyatını itirib, 24 nəfər isə yaralanıb.
Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, Rusiya İziumun mərkəzi hissəsini bombalayıb. Hücum nəticəsində inzibati bina qismən dağılıb, eləcə də beşmərtəbəli yaşayış binasına ziyan dəyib.