Rusiya tərəfindən Ukraynanın beş böyük elektrik stansiyasına endirilən zərbə nəticəsində iki nəfər həlak olub

18:34, 10.11.2026

 

Rusiya tərəfindən Ukraynanın beş böyük elektrik stansiyasına endirilən zərbə nəticəsində iki nəfər həlak olub. Bu barədə məlumatı “Reuters” yayır.

Medianın məlumatına əsasən, on regiona edilən hücumlar elektrik enerjisinin genişmiqyaslı kəsilməsinə səbəb olub.

Ukraynanın Baş naziri Serqey Koretski sosial şəbəkədə yazır ki, ruslar Poltava, Dnepropetrovsk və daha bir neçə regionda yerləşən stansiyaları bombalayıblar.

Məlumat üçün bildiriək ki, ötən gecə ruslar Ukraynaya “İskander-M” tipli ballistik raketlər və dronlarla zərbələr endiriblər. Onların böyük bir hissəsini Ukrayna tərəfi məhv edə bilib, hərçənd partlayışlar 19 yerdə qeydə alınıb, zərərsizləşdirilmiş uçuş aparatlarının qalıqları isə əlavə olaraq doqquz məntəqəyə düşüb.

Oxşar