Rusiya tərəfindən pilotsuz uçuş aparatları ilə Xarkova hücum nəticəsində 8 nəfər yaralanıb
Rusiya tərəfindən pilotsuz uçuş aparatları ilə Xarkova hücum nəticəsində biri uşaq olmaqla 8 nəfər yaralanıb. Bu haqda məlumatı Xarkovun meri İqor Terexov yayır.
Terexovun bəyanatına əsasən, pilotsuz uçuş aparatlarının hədəfi çoxmərtəbəli yaşayış binası olub. Hücum nəticəsində 3 evə ziyan dəyib.
Ukrayna tərəfinin bəyanatına əsasən, Rusiyanın gecə boyunca havaya qaldırdığı 83 pilotsuz uçuş aparatından 46-sını vurublar.