Rusiya tərəfindən Odessaya dronlarla hücum nəticəsində, ən azı 23 nəfər yaralanıb, bir neçə nəfər dağıntılar altında qalıb, ərazidə axtarış-xilasetmə işləri aparılır
Rusiya tərəfindən Odessaya dronlarla hücum nəticəsində, ən azı 23 nəfər yaralanıb, bir neçə nəfər dağıntılar altında qalıb, ərazidə axtarış-xilasetmə işləri aparılır

 

Gecə Rusiya Ukraynaya 165 dron buraxıb, hücum nəticəsində Odessada ən azı 23 nəfər yaralanıb.

Dnepropetrovskun vilayət hərbi administrasiyasının rəhbəri Serqei Lisakın dediyi kimi, yaralananlar arasında uşaqlar və qadınlar var. Bununla yanaşı, hücum nəticəsində infrastruktur, yaşayış binaları və uşaq bağçasının binası zərər görüb. Ərazidə axtarış-xilasetmə işləri aparılır.

Lisak, üç nəfərin ola bilsin dağıntılar altında qaldığını deyib.

Bununla yanaşı, rus mediasının yazdığı kimi, Rusiyanın hücumu Odessada yerləşən elektrik stansiyasına “həddən artıq böyük” ziyan vurub. Bəzi bölgələrdə əhali işıqsız qalıb.

Ukrayna Prezidenti Volodimir Zelenski hücuma münasibət bildirib və tərəfdaşları Rusiyaya təzyiqi gücləndirməyə çağırıb.

“Odessaya dronlarla qəddar hücum. Ruslar şəhərə əsas hədəfi enerji infrastrukturu və mülki obyektlər olan 50-dən çox dron buraxıblar. Ümumilikdə, Rusiya gecə Ukraynaya qarşı 165 hücum dronu buraxıb, onlardan təxminən 100-ü “Shahed” tipli olub. Rusların hər belə zərbəsi hələ də davam edən diplomatiyanı məhv edir və bu müharibəni bitirməyimizə kömək edən tərəfdaşların səylərini sarsıdır. Amerika Birləşmiş Ştatları, Avropa və digər tərəfdaşların səssiz qalmayacağını və əsl sülhə nail olmaq üçün məhz Moskvaya təzyiqin – sanksiyalar, rus əməliyyatlarının və Rusiyanın tankerlərinin donanmasının bütün infrastrukturunun bloklanmasının lazım olduğunu yada salacaqlarını gözləyirik. Təcavüzkara təzyiq olmadan müharibələr dayanmır – necə ki, həyatı müdafiə edənlərə dəstək olmadan dayanmırlar. Xalqımıza və döyüşçülərimizə sabit dəstək və razılaşmaların daha sürətlə həyata keçirilməsi lazımdır” – Ukrayna Prezidenti sosial şəbəkədə yazır.