Rusiya tərəfindən Odessa limanında Liberiya bayrağı altında üzən yük gəmisinə edilən hava hücumu nəticəsində bir nəfər həlak olub
Rusiya tərəfindən Ukraynada, Odessa limanında Liberiya bayrağı altında üzən yük gəmisinə edilən hava hücumu nəticəsində bir nəfər həlak olub. Məlumatı “Reuters” yayır.
Medianın məlumatında, hadisə nəticəsində daha üç nəfərin yaralandığı deyilir. Bu barədə bəyanatı Ukrayna Dəniz Limanları Administrasiyası verib.
Bununla yanaşı, “Telegram”da dərc olunan bəyanatda yazılıb ki, hadisə zamanı ekipajın 13 üzvünü təxliyə etmək mümkün olub.
Odessa limanında üzən yük gəmisinin nə ilə yükləndiyi hələlik məlum deyil.