Rusiya tərəfindən Krivoy Roqa edilən hücum nəticəsində həlak olanların sayı 20-yə yüksəlib

10:30, 07.04.2025

 

Rusiya tərəfindən Krivoy Roqa edilən hücum nəticəsində həlak olanların sayı 20-yə yüksəlib. Dünyasını dəyişənlər arasında doqquz uşaq var. Bu barədə məlumatı media yerli rəsmi şəxslərə istinadən yayır.

Bununla yanaşı, son məlumata görə, yaralananların sayı 75-ə çatıb.

Məlumat üçün bildirək ki, aprelin 4-də Rusiyanın hərbi qüvvələri Ukraynanın Krivoy Roq şəhərinə ballistik raketlə hücum ediblər. Rəsmi şəxslərin verdiyi məlumat üzrə, hücum yaşayış rayonuna edilib. Raketlərdən birinin düşdüyü yerin yaxınlığında uşaq meydançası yerləşirdi.

Oxşar