Rusiya tərəfindən Kramatorskda mülki avtobusa endirilən zərbələr nəticəsində 30 nəfər həlak olub

15:55, 08.10.2026

 

Rusiya tərəfindən Kramatorskda mülki avtobusa endirilən zərbələr nəticəsində 30 nəfər həlak olub. Məlumatı “UNİAN” nəşri yayır. Hadisəyə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri reaksiya verib. Vadim Filaşkin, hadisə nəticəsində daha 18 vətəndaşın yaralandığını bildirib.

Yüksək vəzifəli rəsmi həmçinin Kramatorsk və Slavyanskda təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən şəhər hərbi administrasiyalarına ictimai nəqliyyat xidmətlərinin dayandırılmasını əmr etdiyini qeyd edib.

Hadisəyə Şəhər Şurası da münasibət bildirib. Onlar cəbhə xəttində yerləşən şəhərdə avtobusa edilən hücumu Rusiya ordusunun dinc əhaliyə qarşı törətdiyi daha bir dəhşətli cinayət adlandırıblar.

Ukrayna Milli Polisinin məlumatına əsasən, rus qoşunları Kramatorska “UMBP D-30 SN” tipli bombalarla saat təxminən 10:00-da zərbələr endirib.

Oxşar