Rusiya tərəfindən Kramatorska dronlarla həyata keçirilmiş hücum nəticəsində iki jurnalist həlak olub
Rusiya tərəfindən Kramatorska dronlarla həyata keçirilmiş hücum nəticəsində iki jurnalist həlak olub. Bu haqda məlumatı Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin yayır.
O, rus pilotsuz uçuş aparatı “Lancet”lə edilmiş hücum nəticəsində Ukraynanın “Freedom TV”nin jurnalisti Elena Qubanova və operator Evqen Karmazinin həlak olduğunu bildirib.
“Rusiyanın tammiqyaslı işğalının ilk günlərindən onlar regionda mövcud vəziyyəti işıqlandırır, düşmənin cinayətləri, dinc sakinlərin təxliyəsi və müdafiəçilərimizin hekayələri barədə həqiqəti danışırdılar. Onlar Donetsk vilayətinin ən qaynar nöqtələrində işləyirdilər və hər zaman hər yerdə birinci olurdular” — Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri sosial şəbəkədə yazır.
Vadim Filaşkin “Facebook”da dərc etdiyi paylaşıma dron tərəfindən məhv edilən avtomobilin, ölən jurnalistlərin və onların şəxsi əşyalarının, o cümlədən gülləkeçirməz jiletlərin şəkillərini əlavə edib.