Rusiya tərəfindən Kiyevin bombalanması nəticəsində həlak olanların sayı 7-yə yüksəlib
Rusiya tərəfindən Kiyevin bombalanması nəticəsində həlak olanların sayı 7-yə yüksəlib

 

Rusiya tərəfindən Ukraynanın paytaxtı Kiyevin bombalanması nəticəsində həlak olanların sayı 7-yə yüksəlib. Ukrayna mediasına əsasən, həlak olanlar arasında altı yaşlı uşaq var.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Uçmuş evin dağıntıları altından kişini canlı çıxarıblar.

Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına əsasən, Rusiya gecə 300-dən çox pilotsuz uçuş aparatı və 8 raketlə Ukraynaya hücum edib. Zelenski hücumlar nəticəsində Dnepr, Poltava, Sumi, Nikolaev və Kiyev bölgələrinin zərər gördüyünü bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, bu gün dünya bir daha Rusiyanın Amerika və Avropa ilə sülh qurmaq istəyinə cavabını gördü.

“Yeni nümayişkaranə qətllər. Buna görə də güc olmadan sülh mümkün deyil. Moskvanı sülhə məcbur etmək, onları həqiqi danışıqlar masasına əyləşdirmək – tərəfdaşların bunun üçün bütün təsir vasitələri var. Biz gözləyirik ki, ABŞ və Avropanın bu məqsədlə dediyi hər şey həyata keçiriləcək” – Volodimir Zelenski bildirib.