Rusiya tərəfindən Kiyevə gecə edilmiş hava hücumu nəticəsində 8 nəfər yaralanıb
Rusiya tərəfindən Kiyevə gecə edilmiş hava hücumu nəticəsində 8 nəfər yaralanıb

 

Rusiya Ukraynaya növbəti irimiqyaslı hava hücumu həyata keçirib.

Ukrayna mediasının məlumatına əsasən, rus hərbçilər pilotsuz uçuş aparatlarından istifadə etməklə Kiyevə hücum həyata keçiriblər. Nəticədə 8 mülki şəxs yaralanıb. Onların arasında pilotsuz uçuş aparatının parçalarının dəydiyi üç yaşlı uşaq da var. Dörd nəfər xəstəxanaya aparılıb.

Kiyevin Meriyasında Rusiyanın hücumu nəticəsində Darnitski rayonunda yaşayış binasının zərər gördüyünü bildirirlər.

Son 12 saatda üç dəfə Ukraynanın bütün ərazisində hava həyacanı siqnalı verilib. Sonuncu dəfə həyəcan siqnalı sübh vaxtı verilib. Hakimiyyətin məlumatına əsasən, Rusiya tərəfindən raket hücumu gözlənilir və ehtimal ki, “Kinjal” tipli raketlərdən istifadə olunacaq. Onların məlumatına əsasən, Rusiyanın hədəfi çox güman ki, Çernihiv, Jitomir və Xmelnitski bölgələri olacaq.