Rusiya tərəfindən Kiyevə endirilən zərbə nəticəsində bir nəfər həlak olub

12:36, 27.10.2026

 

Oktyabrın 25-26-da gecə Rusiya tərəfindən Ukraynanın paytaxtı Kiyevə endirilən zərbə nəticəsində bir nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Bu barədə məlumatı “Ukrayinska pravda” nəşri Kiyevin meri Vitali Kliçkoya istinadən yayır.

“Oktyabrın 26-sı axşam saatlarından etibarən düşmənin paytaxta etdiyi hücumlar nəticəsində bir nəfər həlak olub, 14 nəfər yaralanıb. Xəsarət alanlardan doqquz nəfər tibb işçiləri tərəfindən xəstəxanaya yerləşdirilib” – Vitali Kliçko yazır.

Rusiya tərəfindən Kiyevə endirilən zərbələr nəticəsində çoxmərtəbəli yaşayış binaları, tibb müəssisələri, ümumi tələbə yataqxanası və avtomobillər zərər görüb.

Ötən gecə Rusiya qüvvələrinin Xarkov şəhərinin Novobavari rayonuna endirdiyi zərbə nəticəsində iki nəfər həlak olub.

“Novobavari rayonuna endirilən zərbələr nəticəsində iki nəfər həlak olub, dörd nəfər xəsarət alıb. Yaşayış binaları, fərdi evlər və avtomobillər zərər görüb” – şəhərin meri İqor Terexov açıqlayıb.

Oxşar