Rusiya tərəfindən Kiyevə dünən gecə endirilmiş raket zərbəsi nəticəsində iki nəfər həlak olub
Rusiya tərəfindən Kiyevə dünən gecə endirilmiş raket zərbəsi nəticəsində iki nəfər həlak olub

 

Rusiya Ukraynanın paytaxtına raket zərbəsi endirib, nəticədə 2 nəfər həlak olub, 4-ü azyaşlı uşaq olmaqla 8 nəfər isə yaralanıb.

Ukraynanın Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, Svyatoşinski, Solomenski, Şevçenkovski və Dneprovski rayonlarında xilasetmə işləri aparılır.

Svyatoşinski rayonunda dronun parçaları yaşayış binasına düşüb, nəticədə yanğın baş verib.

Şevçenkovski rayonunda pilotsuz uçuş aparatının qalıqları beşmərtəbəli yaşayış binasının üzərinə düşüb. Nəticədə yanğın baş verib.