Rusiya tərəfindən Xarkov vilayətinin bombalanması insan itkisi ilə nəticələnib, yaralılar da var
Xarkov vilayətinin Boqoduxov şəhərinə Rusiyanın dronlarla həyata keçirdiyi hücumda üç uşaq və bir kişi həyatını itirib, yaralılar da var. Bu barədə məlumatı Ukrayna mediası yayır.
Medianın məlumatına əsasən, xilasedicilər dağıntılar altından iki körpə oğlan və iki yaşlı qız uşağının cəsədini çıxarıblar. Uşaqlar ilə birlikdə evdə olan 34 yaşlı kişi də aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hücum nəticəsində 35 yaşlı hamilə qadın da daxil olmaqla iki qadın yaralanıb.