Rusiya tərəfindən dronlarla hücum nəticəsində Kiyevdə iki nəfər həyatını itirib
Rusiya tərəfindən dronlarla hücum nəticəsində Kiyevdə iki nəfər həyatını itirib.
Enerji infrastrukturuna hücum nəticəsində paytaxtın bir neçə rayonunda yanğın baş verib. Yaşayış binalarına və avtomobillərə zərər dəyib.
Zaporojie də “Shahed” tipli dronların hədəfinə çevrilib. Hücum nəticəsində şəhərin rayonlarından birində çoxmərtəbəli binada və fərdi yaşayış evlərində yanğın baş verib. 13 nəfər xəsarət alıb.
Sumi və Çerniqov vilayətlərində də silsilə partlayışlar baş verib. Sumiyə hücum nəticəsində 9 nəfər xəsarət alıb. Çerniqov bölgəsinə hücum nəticəsində 4 nəfər həyatını itirib, yüz minlərlə insan isə işıqsız və susuz qalıb.