Rusiya tərəfindən Dnepropetrovsk vilayətinə dronlarla hücum nəticəsində iki nəfər həlak olub
Rusiya tərəfindən Dnepropetrovsk vilayətinə dronlarla hücum nəticəsində iki nəfər həlak olub

 

Rusiya qüvvələri Dnepropetrovsk vilayətinə pilotsuz uçuş aparatları ilə hücum ediblər. İki nəfər həlak olub. Bu barədə məlumatı Dnepropetrovskun Dairə-Hərbi Administrasiyasının rəhbəri Serqei Lisak yayır.

Dronla zərbənin endirildiyi yerdə yanğın baş verib, şəxsi evlərə, inzibati binalara və mağazaya ziyan dəyib.

Bundan əvvəl, gecə Rusiya qüvvələri dronlarla Dnepropetrovsk vilayətinin Pavloqrad rayonuna zərbə endiriblər, nəticədə də bir nəfər həlak olub.