Rusiya Sumi şəhərinə zərbə endirib, yaralananlar var

13:13, 21.07.2026

 

Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti və Daxili İşlər Nazirliyi, Sumi şəhərində dronun doqquzmərtəbəli yaşayış binasına çırpılması, dördü uşaq olmaqla altı nəfərin xəsarət alması haqda məlumat verir.

Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinin bəyanatına əsasən, Rusiya ticarət-əyləncə mərkəzinə də zərbə endirib.

“Xilasedicilər zərbənin edildiyi yerə gedən kimi düşmən təkrar hücumlar həyata keçirib. Nəticədə bir xidməti avtomobil zərər görüb, digəri isə tamamilə məhv edilib” – qurumun bəyanatında deyilir.

Rusiyanın Müdafiə Nazirliyində hücumla bağlı şərh verilməyib.

Oxşar