Rusiya sentyabrın 1-i gecəsi Kiyevdə ballistik raketlərlə dəmir yolu obyektlərinə zərbə endirib, yeddi nəfər həlak olub

11:45, 01.09.2026

 

Rusiya sentyabrın 1-i gecəsi Kiyevdə ballistik raketlərlə dəmir yolu obyektlərinə zərbə endirib, yeddi nəfər həlak olub, onlardan altısı “Ukrzaliznytsia”nın əməkdaşıdır. Məlumatı “Ukrzaliznytsia”nın mətbuat xidmətinə istinadən Ukrayna mediası yayır.

“Ballistik zərbə yeddi nəfərin həyatına son qoydu, onların altısı bizim əməkdaşımızdır. Bir həmkarımız xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Əməkdaşlarımız onun yanındadır və lazımi köməyi göstərirlər. Onlarla insan sığınacaqlarda xilas ola bildi və hazırda onlara bu vəziyyətdən çıxmaqda köməklik edirik” – “Ukrzaliznytsia” İdarə Heyətinin sədri Aleksandr Pertsovski qeyd edib.

O, dağıntıların miqyasının böyük olduğunu və emalatxanalardan birinin tamamilə məhv edildiyini bildirib.

Xilasedicilər hazırda bir neçə yanğının lokallaşdırılmasını və söndürülməsi istiqamətində işləri davam etdirirlər.

Eyni zamanda, Kiyev vilayətinin Borispol şəhərinə hücum edildiyi və üç nəfərin həlak olduğu barədə məlumat yayılıb. Rusiyanın Kiyev vilayətinə raket hücumu nəticəsində yaşayış evləri, mülki infrastruktur obyektləri və avtomobillər zədələnib. Bir neçə yerdə yanğın baş verib. Beşmərtəbəli yaşayış binası, mağaza və iki fərdi ev ziyan görüb. Fövqəladə Hallar Dövlət Xidmətinin bölmələri 48 nəfəri təxliyə ediblər və dağıntılar altından iki nəfəri çıxarıblar.

Oxşar