Rusiya Qara dənizdə neft tankerlərinə hücumu Türkiyənin suverenliyinin pozulması adlandırır
Rusiya Qara dənizdə neft tankerlərinə hücumu Türkiyənin suverenliyinin pozulması adlandırır

 

Rusiya Qara dənizdə neft tankerlərinə hücumu Türkiyənin suverenliyinin pozulması adlandırır. Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov tankerlərə hücumu narahatedici hadisə adlandırıb və bunu Türkiyənin suverenliyinin pozulması elan edib.

“Bu, xüsusən də Türkiyənin ərazi sularında, ticarət gəmilərinə və tankerlərinə edilən hücumdur. Bu hadisə narahatedicidir, üstəlik, bu, Türkiyə Respublikasının suverenliyinin pozulmasıdır” – Peskov jurnalistlərə deyib.

Ukrayna iddia edir ki, dəniz dronları Rusiyanın “kölgə donanması”nın tankerlərinə hücum ediblər. “Kairos” və “Virat” neft daşıyan tankerlər Qambiya bayrağı altında üzürdülər.