Rusiya Prezidentinin köməkçisi Vladimer Putin və Donald Trampın telefon danışığı apardığına dair məlumat verib
Rusiya Prezidenti Vladimer Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Bu barədə Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlayıb.
Onun sözlərinə əsasən, Rusiya Prezidenti ilə amerikalı həmkarı arasında söhbət bir saat yarımdan çox davam edib.
Medianın məlumatına əsasən, bu, Donald Trampın 2025-ci ilin əvvəlində Ağ Evə qayıtmasından bəri Rusiya və ABŞ prezidentləri arasında 12-ci telefon danışığıdır.
İki ölkənin lideri arasında əvvəlki telefon danışığı martın 9-da baş tutub.