Rusiya ötən gecə Kiyevə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib, Ukraynanın Müdafiə Qüvvələri onlardan 30-nu məhv etməyə müvəffəq olub

15:29, 07.11.2024

 
Rus tərəfi ötən gecə Kiyevə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib. Ukraynanın Müdafiə Qüvvələri onlardan təxminən 30-nu məhv etməyə müvəffəq olub. Dronun parçalarının düşməsi nəticəsində müəyyən ərazidə yanğın baş verib.

Konkret olaraq Kiyevin 6 rayonunda yaşayış evlərinə və avtomobillərə ziyan dəyib. İki nəfər yaralanıb. Bu barədə məlumatı Kiyevin Şəhər-Hərbi Administrasiyası yayır.

Ukrayna mediasının məlumatına əsasən, baş vermiş yanğının bir hissəsi artıq lokallaşdırılıb.

Oxşar