Rusiya ötən gecə 499 pilotsuz uçuş aparatı və raketlə Ukraynaya hücum edib
Rusiya ötən gecə 499 pilotsuz uçuş aparatı və raketlə Ukraynaya hücum edib.
Ukrayna mediasının məlumatına əsasən, ölkənin hava hücumundan müdafiə sistemi onlardan 479-nu zərərsizləşdirə bilib, lakin on yerə zərbələr endirilib, 17 yerə isə dağıntılar düşüb.
Rusiya Ukrayna istiqamətində pilotsuz uçuş aparatları ilə birlikdə, dörd aeroballistik raket, 14 qanadlı raket və iki radar əleyhinə raket buraxıb.
Ukrayna aviasiyası, zenit-raket qüvvələri, elektron döyüş bölmələri və pilotsuz sistemlər, eləcə də Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən Rusiyanın hava hücumu dəf edilib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının Rabitə Departamentinin rəhbəri Yuri İqnat bildirib ki, Rusiya Ukraynaya qarşı ən miqyaslı kombinə edilmiş zərbələrdən birini həyata keçirib və əsas hədəf Ukrayna aerodromlarından biri olub. İqnat hansı aerodromdan danışdığını birbaşa deməyib, lakin bunun Dubno şəhərindəki hava bazası olduğu barədə məlumat var. Gecə ən ağır zərbəyə məhz bu qəsəbə məruz qalıb.