Rusiya ordusu Ukraynanın şərqində yerləşən yeddi neft və qaz hasilatı obyektinə hücum edib
Rusiya ordusu Ukraynanın şərqində yerləşən yeddi neft və qaz hasilatı obyektinə zərbələr endirib.
Hücum nəticəsində “Ukrnafta”nın fəaliyyəti üçün kritik əhəmiyyət kəsb edən avadanlıqlar məhv edilib, bu da bir sıra obyektlərin sıradan çıxmasına və hasilatın əhəmiyyətli dərəcədə itkisinə səbəb olub.
Şirkətdə, bunun son zamanlar “Ukrnafta”nın obyektlərinə qarşı həyata keçirilən ən miqyaslı bombardman olduğunu bəyan edirlər.
Bununla yanaşı, Rusiya şirkətin Zaporojie və Dnepropetrovsk vilayətlərindəki dörd yanacaqdoldurma məntəqəsinə hücum edib.
Paralel olaraq, Xarkov vilayətinin İzyum şəhərində Rusiyanın hava bombardmanı nəticəsində iki nəfər həlak olub və dörd nəfər yaralanıb.
Ukrayna mediası, rus hərbçilərin Xerson vilayətində magistral yolda mülki şəxslərin avtomobilinə atəş açmasına, nəticədə bir qadının həlak olmasına dair məlumat verir.
Ukrayna mediası yazır ki, rus əsgərlər Sumi vilayətində bazarda olan insanlara hücum etmək üçün drondan istifadə ediblər, nəticədə də on nəfər yaralanıb.