Rusiya ordusu Ukrayna ərazisinə ballistik və qanadlı raketlər atıb

13:33, 11.02.2025

Rusiya Ukrayna ərazisinə ballistik və qanadlı raketlərlə hücum edib.

Ukrayna mətbuatı xəbər verir ki, Rusiya hərbçiləri Qara dənizdən “Kalibr” qanadlı raketləri buraxıb.

Rusiya ordusu Ukraynanın bölgələrinə hücum etmək üçün pilotsuz təyyarələrdən də istifadə edib.

Ukrayna ərazisinə genişmiqyaslı hücuma görə ölkənin elektrik enerjisi kəsilib.

Poltava və Zaporojye vilayətləri rus ordusunun hücum hədəfinə çevrildi. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiya taktiki aviasiyasının Zaporojye vilayətinə hava bombaları atdığını açıqlayıb.

Hücum nəticəsində Poltava vilayətinin Mirqorod rayonunda 9 yaşayış məntəqəsi qazsız qalıb.

Oxşar