Rusiya ordusu tərəfindən Xerson bölgəsinin bombalanması dinc əhali arasında itki ilə nəticələnib
Rusiya ordusu tərəfindən Ukraynanın Xerson bölgəsinin bombalanması dinc əhali arasında itki ilə nəticələnib.
Ukrayna mediasına əsasən, Xerson vilayətinin Stepanovka şəhərinə hava hücumu həyata keçirilib, nəticədə 69 yaşlı qadın həlak olub.
Ukrayna mediasına əsasən, 69 yaşlı yerli sakin öz evində həyatla bir araya sığmayan xəsarətlər alıb.
Həmçinin, Rusiya hərbçilərinin atdığı mərmi yaşayış evlərindən birinə düşüb, nəticədə 4 nəfər yaralanıb. Onlarda qançırlar, partlayış nəticəsində yaranmış yaralar və qapalı kəllə-beyin travmaları aşkarlanıb. Onların vəziyyəti orta ağırdır.
Eyni zamanda, oktyabrın 5-dən 6-na keçən gecə rus hərbçilər Çerniqov vilayətinin İçnianski rayonunda yerləşən elektrik obyektini bombalayıblar.