Rusiya ordusu Donetsk vilayətində Karamatorsk rayonunun Stepanovka qəsəbəsini ələ keçirib

14:10, 05.11.2024

 
Rusiyanın işğalçı ordusu Donetsk vilayətində Karamatorsk rayonunun Stepanovka qəsəbəsini ələ keçirib. Bu haqda Ukraynanın “Deep State” müşahidə layihəsinin məruzəsində qeyd olunub.

Analitiklərin fikrincə, həmçinin, işğalçı qüvvələr Kuraxovo, Kolesnikovka, Boqoiavlenka və Kremennaya Balka istiqamətində irəliləyir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının son hesabatına əsasən, gün ərzində cəbhədə 226 toqquşma baş verib. Xarkov istiqamətində rus hərbçiləri Volçansk yaxınlığında səkkiz dəfə hücuma keçiblər, müdafiə qüvvələri Kupyansk yaxınlığında 19 hücumu dəf edib.

Ukraynanın Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Serqei Kuzan rus ordusunun Donetsk vilayətinin Kuraxovo şəhərinə şimal, cənub və şərqdən hücum etdiyini bildirib.

Eyni zamanda, “Forbes” nəşri yazır ki, Ukrayna Silahlı Qüvvələrinin ən yaxşı texnikası Kursk vilayətində işləyir, şərqdə isə kritik döyüşlər gedir.

Oxşar