Rusiya ordusu Çerniqovda Minatəmizləmə Humanitar Missiyasının əməkdaşlarına raket zərbəsi endirib
Rusiya ordusu Çerniqovda Minatəmizləmə Humanitar Missiyasının əməkdaşlarına raket zərbəsi endirib. Bir nəfər həlak olub və iki nəfər yaralanıb.
Bu haqda məlumatı Çerniqovun Hərbi Şəhər Administrasiyasının rəhbəri Dmitri Brijinski yayır.
Brijinskinin məlumatına əsasən, raket Minatəmizləmə Missiyasının minatəmizləmə işləri apardığı Çerniqovda nəzarət-buraxılış məntəqəsinin yaxınlığına düşüb.