Rusiya Odessaya raket hücumunu həyata keçirdi
Rusiya Odessaya raket hücumunu həyata keçirdi

Rusiya Odessaya istiqamətinə raket hücumunu həyata keçirdi.

Ukrayna mediasının məlumatın görə, Odessa istiqamətinə azından dörd raket atıldı. Bir neçə raketi hava müdafiə sistemi saldırdı. Ən azından bir raket sıx yaşayış qəsəbəsinə düşdü. Nəticədə çoxmərtəbəli yaşayış evi zədələndi və yanğın əmələ gəldi.

Hadisə yerində FHX və yanğınsöndürənlər işləyirlər.

Mediada üç nəfərin həlak olması barəsində məlumat yayılır.

Odessaya həyata keçirilən raket hücumuna Ukrayna Xarici İşlər naziri əks səda verdi.

“Odessaya rus raket zərbəsinin yeganə məqsədi terrordur. Rusiya terrorizmin sponsor ölkəsi kimi tanınmalıdır və müvafiq yanaşılmalıdır. Heç bir biznes, kontakt, heç bir mədəni tədbir. Bizə sivilizasiya və barbarosluq arasında divar lazımdır”, – Dmitri Kuleba yazır.