Rusiya Odessaya raket atıb, ölən və yaralananlar var
Rusiya Odessaya raket atıb, ölən və yaralananlar var. Müvafiq məlumatı Odessa vilayət hərbi administrasiyasının rəhbəri Maksim Marçenkoya istinadən Ukrayna mətbuatı yayıb.
“Düşmən Odessadakı infrastruktur obyektlərindən birinə raket zərbəsi endirib. Təəssüf ki, ölən və yaralananlar var. Biz bunu belə qoymayacağıq, – Marçenko Telegram-da yazıb.
Xalq deputatı Andrey Qonçarenkonun sözlərinə görə, 13 yaşlı yeniyetmə öldürülüb.
Lakin Odessa Şəhər Şurasının məlumatına görə, raket hücumu nəticəsində dini binaya ziyan dəyib.