Rusiya Odessaya kütləvi hücum edib, dörd nəfər yaralanıb
Rusiya Odessaya kütləvi hücum edib, dörd nəfər yaralanıb

 

Rusiya Odessaya kütləvi hücum edib. Bu haqda məlumatı Ukrayna mediası yayır.

Medianın məlumatına əsasən, bölgənin mülki və enerji infrastrukturu rusların hədəfi olub.

Mövcud məlumata əsasən, hücum nəticəsində üçü uşaq olmaqla dörd nəfər yaralanıb.

Odessanın regional hərbi administrasiyasının rəhbəri Serqei Lisak bildirib ki, vilayətin əhalisinin bir hissəsi işıqsız və susuz qalıb.