Rusiya Odessa vilayətində Moldova ilə əlaqələndirən sərhəd-keçid məntəqəsini bombalayıb

13:53, 21.08.2026

Rusiya Odessa vilayətində Moldova ilə əlaqələndirən sərhəd-keçid məntəqəsini bombalayıb və nəticədə nəqliyyatın hərəkəti dayandırılıb.
Ukrayna mediasının məlumatına görə, hücum “Şahid” tipli dronlarla “Tabaki” beynəlxalq sərhəd-keçid məntəqəsinin infrastrukturuna həyata keçirilib.

Bombardman nəticəsində sərhəd-keçid məntəqəsindəki binalar və qurğular zədələnib. Obyektlərdə baş verən yanğınlar Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Hazırda bu sərhəd-keçid məntəqəsindən nəqliyyat vasitələrinin və insanların keçidi mümkün deyil.

Moldova tərəfi hadisə barədə məlumatlandırılıb. Vətəndaşlardan sərhədi keçməyi planlaşdırarkən bu məlumatı nəzərə almaları xahiş olunur. Nəqliyyat vasitələri digər sərhəd-keçid məntəqələrinə yönləndiriləcək.

Oxşar